Bakıda postda polis və hərbçini vuran taksi sürücüsü barəsində cinayət işi başlanıb

22 Aprel 2020 - 12:09

Bakıda karantin postunda polis və hərbçini vuran taksi sürücü barəsində cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-nın sorğusuna cavab olaraq bildirib ki, hadisəni törədən sürücü barəsində Cinayət Məcəlləsinin 263.1-ci (yol istismar qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb, zəruri-istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, aprelin 19-da saat 22 radələrində “COVİD-19” xüsusi karantin rejimi ilə əlaqədar Nəsimi rayonunun Bakıxanov küçəsində quraşdırılmış postda Bakı şəhər sakini B.Abbasov idarə etdiyi “London Taxi” markalı avtomobillə orada xidmət aparan Nəsimi RPİ-nin əməkdaşı X.Allahverdiyevi və DİN Daxili Qoşunlarında xidmət edən R.Bəxtiyarlını vurub.

Onlar DİN-in Hospitalına yerləşdiriliblər, B.Abbasov saxlanılıb.