Çoxqütblü dünyanın formalaşması müstəmləkə təfəkkürünə və başqalarının hesabına varlanmağa alışmış dövlətlərin müqavimətinə baxmayaraq, geri dönməz tendensiyaya çevrilib.
Bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən “Rusiya – Afrika” sammitində və İqtisadi və Humanitar Forumda çıxışı zamanı bildirib.
Dövlət başçısının sözlərinə görə, bütöv qitələrin taleyinin məhdud sayda ölkədən asılı olduğu dövr artıq geridə qalır. Onun yerini bütün dövlətlərin səsinin eşidilməli olduğu daha ədalətli dünya nizamı tutur.
“Bütöv qitələrin taleyinin dar bir dövlətlər bloku tərəfindən müəyyənləşdirildiyi dövr geri dönməz şəkildə başa çatır. Onun yerini beynəlxalq münasibətlərin bütün iştirakçısı olan ölkələrin səsinin eşidilməli olduğu daha ədalətli dünya tutur”, – deyə Putin vurğulayıb.
“Rusiya – Afrika” sammiti, İqtisadi və Humanitar Forum oktyabrın 28–29-da Moskvada keçirilir.
