“Bakıda qəzet köşklərində kolbasa, siqaret satılır…”

Sabir Rüstəmxanlı köşkləri sərt tənqid etdi
03 İyun 2021 - 21:15
Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Bakıda qəzet köşklərinin vəziyyətindən narazalıq edib. 
Azpost.info bildirir ki, S.Rüstəmxanlı köşklərin qəzet yayımı üçün məkana deyil, xırda ticarət yuvalarına çevrildiyini bildirib: “Vaxti ilə, Bakıda kitab dükanları necə gəldi özəlləşdirilib yox ediləndə Prezident Administrasiyasına narazılıq məktubu yazmış və kitablarımızın oxucuya çatdırılması üçün bir çarə kimi, qəzet köşklərinin böyüdülüb modernləşdirilməsi və qəzet-kitab köşkünə çevrilməsini təklif etmişdim. Az sonra bu təklif həyata keçirildi.( Bəlkə də öz ağıllarına gəlmişdi.) Bakının küçələrində yeni, daha uyğun köşklər qoyuldu… lakin bunlar Qəzet köşkü olmadı, Mini market oldu. İndi bu marketlərə yanaşıb soruşuram: Sizdə “Azərbaycan” jurnalı var? Cavab veriiirlər yoxdur. Bəs ” Ulduz” jurnalı, “literaturnıy Azerbaydjan”, “Qanun”, “Xəzər” jurnalları? “Heç biri yoxdur, biz jurnal almırıq və satmırıq…”
Deputat bildirib ki, bəzi köşklərdə, kitab bir yana, heç qəzet də satılmır: “Mətbuatdan başqa hər şey var burda: siqaretdən tutmuş, saqqıza, suya, kolbasaya, oyuncağa qədər…”Ay bala, bəs sənin adın Mətbat köşküdür!” Başını qaldırıb təəccüblə başının üstünə baxır…Allah bilir bəziləri bəlkə heç mənasını da anlamır; elə bilirlər ki, bu yerlər əlinə nə keçdı presləyib camaata sırımaqdan ötrüdür…Bəlkə xalq bu kiosklardan tamamilə imtina etsin, “bizə bu antisanitariya şəraitində əlinə nə keçdi camata sırıyan “kiosklar” lazim deyil, bizim “Qəzet-jurnal köşkərimizi qaytarın!” desin?! Məlumat üçün deyim ki, bəzi ölkələrdə yeni kitab və qəzetlər bütün ərzaq mağazalarında da satılır…”