2 yaşlı uşaq Goradil qəbristanlığı yaxınlığında yatmış vəziyyətdə tapılıb.
Azpost. info bildirir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə məlumat verib.
Onun sözlərinə görə, bu gün Daxili İşlər Nazirliyi Mehtiabad Polis bölməsi balacanı sığınacağa gətirib.
“Təxminən 2 yaşı olar. Bəzi sözlər deyir, adını bilmir. Goradil qəbirstanlığının Fatimeyi Zəhra Məscidinin yanında yatmış vəziyyətdə tapılıb. Qoyub gediblər qansızlar…Hal hazırda polis axtarış aparır. Paylaşmaqda məqsədimiz bəlkə körpəni tanlyanlar oldu. Onu güldürüb özümüz isə ağlamışıq…Adını Tale qoymuşuq”-deyə K.Ağazadə bildirib.