Bakıda qadının üzərinə dəmir düşdü –

Hadisə yerində öldü (FOTO)
07 Mart 2021 - 13:21

Bakıda 28 May metrostansiyası yaxınlığında bədbəxt hadisə baş verib.

Real TV xəbər verir ki, bir qadının başının üzərinə dəmir düşüb. Nəticədə həmin qadın hadisə yerinə keçinib.

Qeyd edək ki, ətrafda tikinti prosesi gedir. Ehtimal olunur ki, dəmir parçası qadının üzərinə həmin istiqamətdən düşüb. Havanın küləkli olması da buna şərait yaradıb.