Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bakıda qlobal mənzil böhranının həlli ilə bağlı fəaliyyət çağırışı qəbul edilib

User 22 May 2026 - 19:57
vuf forum

WUF13-ün əsas nəticəsi “Bakı Fəaliyyətə Çağırışı” (Baku Call to Action) sənədinin qəbul edilməsi olub.

APA WUF13 Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, sözügedən sənəd qlobal mənzil böhranının aradan qaldırılması və Yeni Şəhər Gündəliyinin həyata keçirilməsi istiqamətində dövlətlərin, beynəlxalq təşkilatların, şəhərlərin, vətəndaş cəmiyyətinin və ekspertlərin ortaq baxışını əks etdirir.

Sənəddə xüsusilə bəyanatlardan real fəaliyyət mərhələsinə keçidin vacibliyi vurğulanır. Bununla yanaşı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, iqlim maliyyələşməsinin genişləndirilməsi əsas prioritetlər kimi qeyd edilir. Eyni zamanda, mənzil siyasətinin infrastruktur, nəqliyyat, sosial müdafiə, ekologiya və iqtisadi inkişaf məsələləri ilə inteqrasiyasının əhəmiyyəti ön plana çəkilir.

Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşü zamanı iştirakçılar bildiriblər ki, Kito şəhərində qəbul edilən proqramın üzərindən on il keçməsinə baxmayaraq, beynəlxalq ictimaiyyət indi onun icrasında həlledici mərhələyə daxil olur. Görüşdə xüsusi olaraq vurğulanıb ki, mənzil yalnız tikinti məsələsi deyil, həm də sosial ədalətin, insan ləyaqətinin, dayanıqlılığın və iqtisadi imkanların əsasını təşkil edir.

 

Bununla yanaşı, Forum Azərbaycanın dayanıqlı inkişaf, şəhər mühitinin modernləşdirilməsi və post-münaqişə bərpası istiqamətində həyata keçirdiyi siyasətin beynəlxalq səviyyədə tanınması baxımından da mühüm əhəmiyyət daşıyıb. Forum iştirakçıları azad edilmiş ərazilərdə aparılan bərpa işlərini, müasir şəhər həllərini və dayanıqlı ərazi inkişafı yanaşmalarını yüksək qiymətləndiriblər.

 

WUF13 çərçivəsində diqqət çəkən təşəbbüslərdən biri də Azərbaycanın UN-Habitat, Beynəlxalq Miqrasiya Təşkilatı və Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi ilə birlikdə hazırladığı “Təhlükəsiz qayıdış üçün ağıllı və dayanıqlı yaşayış məskənləri” (4SRP) təşəbbüsü olub. Bu təşəbbüs təhlükəsiz və dayanıqlı qayıdışın təmin olunması, həmçinin ekoloji dayanıqlılıq, iqlim adaptasiyası və sülh quruculuğu prinsiplərinə əsaslanan post-münaqişə bərpası üzrə beynəlxalq standartların formalaşdırılmasına yönəlib.

Beləliklə, WUF13 Bakının dövlətləri, şəhərləri və beynəlxalq təşkilatları inklüziv, təhlükəsiz və yaşanıla bilən şəhərlərin qurulması məqsədi ətrafında bir araya gətirən mühüm qlobal dialoq platforması olduğunu bir daha təsdiqləyib.

Forumun yekun nəticələrinin və “Bakı Fəaliyyətə Çağırışı” sənədinin 2026-cı ilin iyul ayında Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yeni Şəhər Gündəliyinə dair yüksəksəviyyəli aralıq qiymətləndirmə iclasına da mühüm töhfə verəcəyi gözlənilir.

Ümumilikdə isə, WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın dayanıqlı inkişaf, iqlim dayanıqlılığı və beynəlxalq əməkdaşlıq sahələrində qlobal gündəliyin formalaşmasında artan rolunun növbəti təsdiqi kimi qiymətləndirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dayanıqlı inkişaf, müasir şəhərsalma, post-münaqişə bərpası və qlobal əməkdaşlıq sahələrində həyata keçirdiyi uzaqgörən siyasət və strateji liderlik xüsusi vurğulanıb.

Eyni zamanda, Azərbaycan Respublikası Hökumətinə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının yüksək səviyyədə təşkilinə, göstərilən qonaqpərvərliyə və yaradılmış səmərəli dialoq mühitinə görə təşəkkür ifadə olunub.

Həmçinin Nazirlər Görüşünün yekunlarına dair “Sədrin Yekun Qeydləri” (Chair Summary) sənədində şəhərlərin dayanıqlılığı, əlçatan mənzil siyasəti, iqlim dayanıqlılığı və inklüziv urban inkişaf istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi xüsusi qeyd olunub. Sənədə WUF13 çərçivəsində Bakıda aparılan müzakirələrin Yeni Şəhər Gündəliyinin icrasına və qlobal mənzil böhranının həlli istiqamətində praktiki fəaliyyətlərin təşviqinə mühüm töhfə verdiyi vurğulanıb.

 

Qeyd edək ki, 2026-cı ilin may ayında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) himayəsi altında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) dayanıqlı şəhər inkişafı sahəsində son illərin ən mühüm beynəlxalq tədbirlərindən biri kimi yadda qalıb. 176 ölkədən 57 000-dən çox iştirakçını bir araya gətirən forum Azərbaycanın qlobal dialoq və əməkdaşlıq platforması kimi artan rolunu bir daha nümayiş etdirib.

Azərbaycan ilk dəfə ev sahibliyi etdiyi bu mötəbər tədbirlə Bakını şəhərlərin gələcəyi, mənzil siyasəti, iqlim dayanıqlılığı və inklüziv inkişaf məsələlərinin müzakirə olunduğu beynəlxalq mərkəzə çevirib. Bu baxımdan, WUF13-ün Bakıda keçirilməsi yalnız region üçün deyil, bütövlükdə qlobal urbanizasiya gündəliyi üçün də əlamətdar hadisə hesab olunur.

“Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan forum çərçivəsində dünyanın ən aktual problemlərindən biri olan mənzil böhranı əsas müzakirə mövzularından biri olub. BMT-nin qiymətləndirmələrinə görə, hazırda dünyada təxminən 2,8 milyard insan qeyri-qənaətbəxş yaşayış şəraitində yaşayır. Məhz bu səbəbdən WUF13 praktiki həllərin müzakirəsi və dayanıqlı şəhər inkişafı üzrə yeni yanaşmaların formalaşdırılması üçün mühüm platformaya çevrilib.

AzPost.az

Post navigation

Previous: Şahmar Ələkbərovun aktyor nəvəsinin Kann festivalında uğuru
Next: Yağışlı hava bu tarixə qədər davam edəcək

Oxşar xəbərlər

isiq lampa
  • Sosial

İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər

User 15 Noyabr 2026 - 19:52
ehtiram
  • Sosial

Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi

User 15 Noyabr 2026 - 17:20
soyuducu
  • Sosial

Pomidor, kartof, çörək… – Bu ərzaqları soyuducuda saxlamaq səhvdir

User 15 Noyabr 2026 - 15:08

xƏBƏR

ilham ali forum
  • Baş Yazı

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur

User 15 Noyabr 2026 - 22:22
Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. Bu barədə Prezidentin Mətbuat...
Read more about Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident televiziya və radio işçilərini təbrik edib ilham aliyev
  • Siyasət

Prezident televiziya və radio işçilərini təbrik edib

User 15 Noyabr 2026 - 20:03
İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər isiq lampa
  • Sosial

İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər

User 15 Noyabr 2026 - 19:52
Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi ehtiram
  • Sosial

Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi

User 15 Noyabr 2026 - 17:20
Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir husiler
  • Dünya

Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir

User 15 Noyabr 2026 - 17:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.