Şahmar Ələkbərovun aktyor nəvəsinin Kann festivalında uğuru-FOTO

Xalq artisti, əfsanəvi aktyor və rejissor Şahmar Ələkbərovun nəvəsi, azərbaycanlı aktyor Eldar İsgəndərov beynəlxalq uğura imza atıb.
O, Kann Film Festivalında nümayiş olunan və festivalın ən çox müzakirə edilən filmlərindən biri sayılan “Club Kid” filmində rol alıb.
Əslən Azərbaycandan olan aktyor Niderland və Belçikada böyüyüb. Eldar İsgəndərov ABŞ-nin Savanna İncəsənət və Dizayn Kollecinin (SCAD) məzunudur.
O, ötən il məşhur rejissor Qrant Singerin “Reenactment” adlı bədii filminin aktyor heyətinə daxil edilib.
Bundan əvvəl isə “A24” və “Fruit Tree” studiyaları üçün aktyor Cessi Ayzenberqin hazırladığı adsız musiqili komediyada rol alıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.