Daxili İşlər Nazirliyi (DİN) Bakıda daha bir nəfərin spirtli içkidən ölməsi faktı ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 2-də Bakı şəhər sakini Yusif Hüseynov dərmandan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilmiş və orada ölüb.
Araşdırmalarla onun spirtli içkidən ölməsi müəyyən edilib.
Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində spirtli içkini satan, Q.Qarayev prospektində yerləşən bazardakı topdan satış mağazasının sahibi, Bakı şəhər sakini S.Seyidov saxlanılıb.