İran ABŞ-a qarşı “Ağır intiqam” adlı qisas planı hazırlayıb

İran parlamenti “Ağır intiqam” adlı qisas planı hazırlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, plan bu gün İran parlamentariləri tərəfindən təsdiqlənib.

Planda qeyd edilib ki, ABŞ-ın Mərkəzi Qüvvələri Komandanlığı (CENTCOM), onun nəzdindəki bütün qurumlar terrorçu kimi tanınır.

****

“İran İslam Respublikası Milli Təhlükəsizlik Şurasının qərarları çərçivəsində ABŞ-ın ölkənin maraqlarına zərər verən terror aktları cavablandırılmalıdır. İran Kəşfiyyat Nazirliyi iddia qaldırmaq üçün CENTCOM komandanlığının siyahısını təqdim etməlidir. İran Xarici İşlər Nazirliyi digər qurumların əməkdaşlığı ilə ABŞ-ın bölgədəki bazalarını bağlamalı və ABŞ-ın bölgədəki digər ölkələrin imkanlarından istifadə etməsinə mane olmağa çalışmalıdır. ABŞ-ın qərarını müdafiə edən və İnqilab Keşikçiləri xidmətindən yayınan bütün fiziki və hüquqi şəxslər cəzalandırılmalıdır”, – deyə planda bildirilib.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda spirtli içkidən ölüm faktına görə mağaza sahibi tutulub

Sonrakı məqalə

“Silahlı Qüvvələrdə baş verən istənilən ölüm faktı üzrə cinayət işi başlanılır”