Bakıda spirtli içkidən ölüm faktına görə mağaza sahibi tutulub- RƏSMİ

Daxili İşlər Nazirliyi (DİN) Bakıda daha bir nəfərin spirtli içkidən ölməsi faktı ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 2-də Bakı şəhər sakini Yusif Hüseynov dərmandan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilmiş və orada ölüb.

Araşdırmalarla onun spirtli içkidən ölməsi müəyyən edilib.

Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində spirtli içkini satan, Q.Qarayev prospektində yerləşən bazardakı topdan satış mağazasının sahibi, Bakı şəhər sakini S.Seyidov saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

20 Yanvar faciəsinin 30-cu ildönümü…

Sonrakı məqalə

İran ABŞ-a qarşı “Ağır intiqam” adlı qisas planı hazırlayıb