Bakıda süpürgəçi qadını avtomobil vurub

22 İyun 2021 - 22:31

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Hadisə Bakıxanov qəsəbəsində, Sabunçu bazarının yaxınlığında baş verib.

Yolu süpürən 1965-ci il təvəllüdlü Həsənova Gülgəz Rafael qızını avtomobil vurub. Hadisə zamanı ağır xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, yaralı Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşıdır.(APA)