Bakı şəhər Prokurorluğu tələbələrin zəhərlənməsi faktı ilə bağlı məlumat yayıb.
Prokurorluqdan APA-ya verilən məlumata görə, noyabrın 21-də Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında universitetin tələbələri – 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızının qidadan zəhərlənərək vəfat etməsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddinovnanın zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilməsi faktı ilə bağlı daxil olmuş məlumat əsasında dərhal polis, prokurorluq, Qida Təhlükəsizlik Agentliyinin əməkdaşlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, qida nümunələri götürülərək laborator müayinəsinə göndərilib.
Fakta görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
******
Bakıda tələbələrin zəhərlənməsi faktı ilə bağlı cinayət işi başlanıb.
APA-nın məlumatına görə, Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında bir tələbənin ölümü, iki tələbənin zəhərlənməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Qeyd edək ki, BDU-nun 2№ li yataqxanasında zəhərlənmə hadisəsi olub. Nəticədə 1 tələbə ölüb, 2-si xəstəxanaya yerləşdirilib.