Bakıda taksidə uşaq dünyaya gəlib

03 Sentyabr 2020 - 20:10

Bu gün Bakıda 189 nömrəli taksidə uşaq dünyaya gəlib.

Bu barədə taksi şirkəti “Facebook” səhifəsində məlumat verib:

“Taksimizdə ilk dəfə uşaq dünyaya gəlib. 9 aylıq hamilə qadının ailəsi xəstəxanaya getmək üçün 189 taksi sifariş edib. Lakin tıxaca düşmələri səbəbiylə yolda olarkən təbii doğuş baş tutur və qadın övladını avtomobildə dünyaya gətirir. Dərhal reaksiya verən sürücümüz Mehman Rzayev yolunu dəyişərək ananı və yeni doğulmuş övladını ən yaxın xəstəxanaya çatdırıb. Hazırda körpənin və ananın vəziyyəti yaxşıdır”.