“Hilton” otellər şəbəkəsinin sahibi Berron Hilton 91 yaşında Los-Ancelsdə vəfat edib. Bu barədə “Conrad N. Hilton Foundation” Fondu məlumat yayıb. Qeyd edək ki, B. Hilton 1966-cı ildən şirkətə rəhbərik edib. O, bu postda atasını əvəzləyib. Xatırladaq ki, Bakıda da bu şəbəkəyə daxil olan otel mövcuddur. (APA)