Bakıda yük maşını körpüdən aşıb –

Ölənlər var - FOTO
22 Noyabr 2019 - 18:03

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə paytaxtın Binəqədi rayonu, Xocəsən qəsəbəsində qeydə alınıb. “Shacman” markalı yük maşını körpüdən aşıb. Nəticədə yük maşınında olan iki nəfər ölüb. Faktla bağlı araşdırma aparılır.(APA)

Bakıda yük maşınının körpüdən aşması nəticəsində dünyasını dəyişən şəxslərin kimliyi məlum olub.

Onlar Masallı rayon sakinləri – 1990-cı il təvəllüdlü Əzim Ağabəy oğlu Məmmədov və 1992-ci il təvəllüdlü Xəzər İntiqam oğlu Hüseynovdur.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.