Bakıdakı Avropa çempionatı ləğv olunub –

RƏSMİ
13 Mart 2020 - 22:16

Bakıda keçirilməli olan karate üzrə Avropa çempionatı ləğv edilib.

Apasport.az saytının məlumatına görə, bunu Ümumdünya Karate Federasiyası açıqlayıb.

Yarışın ləğvinə koronavirus epidemiyası səbəb olub.

Qeyd edək ki, sayca 55-ci Avropa çempionatı martın 25-29-da keçirilməli idi.