“Bakıdakı səfir Şuşaya, mən də Xankəndinə getmirəm” –

Fransanın səfiri
24 İyul 2021 - 14:00

Fransanın Ermənistandakı səfiri Conatan Lakot Azadlıq radiosunun erməni redaksiyasına müsahibəsində Azərbaycandakı səfirin Şuşaya səfərdən imtina etməsinə haqq qazandırıb.

Azpost.info bildirir səfir buna reallıqlarla əlaqələndirib: “Reallıqlar var: Dağlıq Qarabağın statusu ATƏT-in Minsk qrupu çərçivəsində aparılacaq danışıqlarda müəyyən olunmalıdır. Bu status müəyyən edilmədikcə, Fransanın nə Bakıdakı, nə də Yerevandakı səfirləri Qarabağa gedə bilməzlər. Mənim Bakıdakı həmkarım Şuşaya səfər etmir, mən də Xankəndiyə səfər etmirəm. Minsk qrupunun həmsədri olan üç ölkənin hamısının mövqeyi belədir”.

Lakot əlavə edib ki, bununla belə, Paris Dağlıq Qarabağda daha geniş beynəlxalq mövcudiyyətə, məsələn orada BMT agentliklərinin olmasına tərəfdardır.