Bakıdan havaya qalxan təyyarə təcili eniş edib

Bakıdan Moskvaya uçan Rusiyanın “Aeroflot” şirkətinə məxsus təyyarə bu gün saat 07.40-da Volqoqrad hava limanına təcili eniş edib.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, Rusiya vətəndaşı olan 54 yaşlı sərnişin bayılıb. Ona hava limanında təcili tibbi yardım heyəti tərəfindən yardım göstərildikdən sonra həmin şəxs özünə gəlib və xəstəxanaya çatdırılıb.

Təyyarə yoluna davam edərək mənzil başına çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“General Süleymaninin ölümü İran xalqının ürәyini yaralayıb”

Sonrakı məqalə

Venesuelada neft kriptovalyuta ilə satılacaq