Venesuelada neft kriptovalyuta ilə satılacaq

Venesuelada 2020-ci ildə neft Petro kriptovalyutası ilə satılacaq.

“El Nacional”ın məlumatına əsasən, bu barədə ölkənin prezidenti Nikolas Maduro xəbər verib. “Venesuela neftini Petro ilə satmağa hazırlaşırıq. Biz artıq Venesuela dəmir və poladını bu kriptovalyuta ilə satırıq. Neft, polad, dəmir, alüminium və qızılın bir hissəsini Petro ilə satmaq üçün imzalanmış müqaviləmiz var”, – deyə dövlət başçısı bildirib.

Maduro qeyd edib ki, kriptovalyuta ilə əməliyyatların tətbiqi ABŞ-ın iqtisadi sanksiyalarına cavab tədbiridir.

Xatırladaq ki, Venesuela 2018-ci ilin fevralında Petro kriptovalyutasını işə salıb. Petro “Ethereum” blokçeyn platformasında təsis edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıdan havaya qalxan təyyarə təcili eniş edib

Sonrakı məqalə

Azərbaycanda “Facebook” istifadəçilərinin fəallığı azalıb