“Bakılift” İdarəsinin sabiq rəisi bəraət aldı, məhkəmə zalında azadlığa buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakılift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq sədri Ruslan Dilanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ruslan Dilanova qarşı irəli sürülən ittihamlar məhkəmə istintaqı dövründə sübuta yetirilmədiyindən onun barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, R. Dilanov Cinayət Məcəlləsinion 179 (mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham olunub. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

Sonrakı məqalə

Şeyxülislam Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib