Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bakının ekoloji və urbanistik problemlərini araşdıran yeni QHT yaradılıb

User 16 Aprel 2026 - 10:45 (Last updated: 16 Aprel 2026 - 11:31)
c89f8b59-27be-4dbb-939e-4126bb340a86

Paytaxt Bakının sosial-iqtisadi, ekoloji və urbanistik problemlərinin araşdırılması ilə məşğul olan yeni qeyri-hökumət təşkilatı yaradılıb.

Bu barədə ictimai birliyin təşəbbüs qrupunun sədri Təbriz Ağayev məlumat verib.

Onun sözlərinə görə, “Bakı və Regionların Birgə İnkişafı” Platforması İctimai Birliyi paytaxtla regionlar arasında balanslı inkişafı təşviq edəcək, paytaxtın sosial-iqtisadi inkişafı ilə bağlı sosial-iqtisadi, ekoloji və ictimai təşəbbüslərə dəstək verəcək. “Yaşadığmız dövrdə paytaxt Bakı çox yüklənib. Müxtəlif səbəblərdən əhalinin Abşeron yarımadasına cəmləşməsi, əmək miqrantlarının artması Bakıda çoxsaylı urbanistik problemlər ortaya çıxarıb. Hesab edirik ki, hazırkı dövrdə regional inkişafın təşviqi ilə bağlı təşəbbüslər irəli sürülməli, layihələr hazırlanmalı, yerli resurslardan səmərəli istifadənin yolları araşdırılmalıdır. Yeni yaratdığımız qurum Bakı ilə regionlar arasında balansın yaradılması, paytaxtda cəmləşən imkanların regionlara ötürülməsi ilə bağlı təşəbbüslər irəli sürəcək, infrastruktur, məşğulluq və sosial xidmətlər sahəsində fərqlərin azaldılması üçün təkliflər hazırlayacaq, dövlət proqramlarının icrasına ictimai dəstək verəcək, Bakıda və regionlarda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün layihələr həyata keçirəcək, yaşıl enerji, biomüxtəliflik və ətraf mühitin qorunması istiqamətində maarifləndirmə işləri aparacaq”-deyə, o, bildirib.

“Bakı və Regionların Birgə İnkişafı” Platforması İctimai Birliyində şəhər təsərrüfatı üzrə tanınmış ekspertlərin, ekoloqların, mühəndislərin təmsil olunduğunu vurğulayan T.Ağayev deyib ki, ictimai birlik mövcud vəziyyəti elmi və ictimai əsaslarla öyrənəcək, əhali arasında mütəmadi olaraq sorğular keçirəcək, əldə olunan nəticələr əsasında təklif və tövsiyələr hazırlayaraq müvafiq dövlət qurumlarına təqdim edəcək.

“İctimai birliyin ekspertləri paytaxtın problemlərin həlli sahəsində xarici ölkələrin müsbət təcrübəsini öyrənəcək, Bakıda sosial-iqtisadi və ekoloji problemlərin həlli, tarixi abidələrin qorunması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə təklif və dəstək verəcək. Bakı və Abşeronun aktual problemlərilə bağlı ictimai müzakirələr təşkil edəcək, bu sahədə araşdırmaların aparılmasına dəstək verəcəyik”-deyə, bildirən birlik sədrinin sözlərinə görə, paytaxtın mövcud problemlərinin həlli ilə bağlı müvafiq dövlət qurumları, bələdiyyələr və vətəndaş cəmiyyəti institutları, o cümlədən media ilə əməkdaşlıq ediləcək, ətraf mühitin qorunması, yaxşı nəqliyyatın, bərpa olunan enerjiyə keçidin təşviqi məqsədilə aksiyaların keçirilməsi nəzərdə tutulur.

AzPost.az

Post navigation

Previous: Pentaqon rəhbərinə qarşı impiçment hazırlanır
Next: Azərbaycan Ermənistandan məhsul idxalına başlayıb

Oxşar xəbərlər

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.