Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • AzPostMedia
  • Baş Yazı

Bakının mərkəzində ağaclara qarşı “soyqırımı” edənlər kimlərdir?

Orkhan Ali 07 Yanvar 2025 - 13:45 (Last updated: 21 May 2025 - 20:15)
1

Tofiq Bəhramov adına Respublika Stadionunun arxasındakı yaşıllıq ərazidə bəzi ağaclar kəsilib. AzPost xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videolar yayılıb. Hər gün yolu bu ərazidən keçən vətəndaşların sözlərinə görə, kəsilən ağaclar saf olub.

Ağacların kəsilməsinin hansı məqsəd daşıdığı bəlli deyil. Yaşıllıq ərazini seyrəltməklə hər hansı obyektlərin orada “göbələk” kimi bitmə ehtimalı da istisna edilmir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 253.2-cim maddəsinə əsasən fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir.

Bu əməl şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə isə fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir.

Qeyd edək ki, bu əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda isə Cinayət Məcəlləsinin 259-cu maddəsi cinayət məsuliyyətinə səbəb olur.

Dövlət Ekoloji Ekspertiza Agentliyinin mətbuat katibi Elnur Ağayev AzPost-a bildirib ki, ağacların kəsilməsi qanunauyğun şəkildə həyata keçirilib.

“Nəriman Nərimanov rayonu Alı Alıyev küçəsi, Əhməd bəy Ağaoğlu küçəsi, Tofiq Bəhramov adına Respublika Stadionunun arxasında əsasən şam ağaclarında xəstəliklərin yaranması faktı aşkarlanıb. Bu vəziyyətlə bağlı ölkəmizdə beş müxtəlif qurumun əməkdaşlarından ibarət monitorinq qrupu yaradılıb ə  qeyd olunan əraziyə baxış keçirilib”.

Agentlik rəsmisi bildirib ki, şam ağacları uzun müddətdir ki, naməlum xəstəlik səbəbindən saralıb quruyurdu.

“Əhməd bəy Ağaoğlu küçəsindəki həmin qurumuş ağaclarla bağlı Agentliyimiz tərəfindən rəy verilib. Burada hər hansı qanunsuz ağac kəsilməyib. Qurumuş ağaclar kəsilib və yerinə yerli iqlimə uyğun yeni ağaclar əkilib”.

AzPost MEDİA

Post navigation

Previous: DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançı həbs olunub
Next: Metroda gediş haqqı bahalaşacaq? –

Oxşar xəbərlər

abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
ilham zefer plakat
  • Baş Yazı

Azərbaycanda Zəfər Günüdür

User 08 Noyabr 2026 - 00:18
erdoqan
  • Baş Yazı

Ərdoğan sabah Qarabağa gəlir

User 07 Noyabr 2026 - 23:02

xƏBƏR

hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan...
Read more about “Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi
İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.