Bakının mərkəzində qəza –Maşın "Park İnn" otelinin giriş qapısına çırpıldı (FOTO)

Bakının Səbail rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Hadisə Neftçilər prospektində baş verib.

Belə ki, 99-UX-894 dövlət nömrə nişanlı “BMW” markalı avtomobil yüksək sürətlə hərəkətdə olan zaman əvvəlcə Rəşid Behbudov küçəsinə dönən “Ford” markalı nəqliyyat vasitəsinə  dəyib. Daha sonra “BMW” zərbənin gücündən “Park İNN” otelinin giriş qapısına çırpılıb.

“BMW”nin sürücüsü ağır xəsarət alıb, avtomobil yararsız hala düşüb. Otelə ciddi ziyan dəyib. Hadisə ilə bağlı Neftçilər prospektində sıxlıq yaranıb.

Qeyd edək ki, BMV əvvəlcə “Auidi” markalı maşının arxa hissəsinə toxunub və hərəkətə davam edib. “Audi”nin sürücüsü isə ona saxlaması üçün xəbərdarlıq edib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Lester” qələbə qazanıb-

Sonrakı məqalə

Ermənistan gecə cəbhə xəttində snayper tüfəngləri ilə atəşkəsi pozub