“Lester” qələbə qazanıb-“Mançester Yunayted”lə "Arsenal" xal itirib

İngiltərə Premyer Liqasında XIV tur başa çatıb.

Apasport.az saytının məlumatına görə, turun son günündə 4 matç keçirilib.

“Arsenal” “Norviç”lə səfər qarşılaşmasında xal itirib. “Vulverhempton”la “Şeffild Yunayted” arasında matçda da qalib müəyyənləşməyib.

“Lester” evdəki matçın sonundakı qolla “Everton”u məğlub edə bilib. Dörd qolun vurulduğu görüşdə “Mançester Yunayted” “Aston Villa” ilə sülhə imza atıb.

Qeyd edək ki, növbəti turun görüşləri dekabrın 3-5-də keçiriləcək.

İngiltərə Premyer Liqası
XIV tur
1 dekabr
“Norviç” – “Arsenal” – 2:2

Pukki, 21, Kantvell, 45 – Obameyanq, 29 (pen.), 57
“Vulverhempton” – “Şeffild Yunayted” – 1:1
Doherti, 64 – Musset, 2
“Lester” – “Everton” – 2:1
Vardi, 68, İneanaço, 90+5 – Riçarilson, 23
“Mançester Yunayted” – “Aston Villa” – 2:2
Heaton, 42 (avtoqol), Lindelof, 64 – Qrealiş, 11, Minqs, 66

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Goranboyda evdə partlayış olub –

Sonrakı məqalə

Bakının mərkəzində qəza –