Bakıya sulu qar, rayonlara qar yağacaq –HAVA PROQNOZU

Ölkə ərazisində hava şəraitinin pisləşəcəyi barədə xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, dekabrın 23-dən  25-i səhərədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Dekabrın 24-ü axşamdan 25-i səhərədək şəhərətrafı ərazilərdə yağıntının sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyinin sürəti 15-18 m/s, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Azərbaycanın rayonlarında dekabrın 23-dən  25-i səhərədək  ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

2021-ci ilin büdcə zərfi plenar iclasa tövsiyə olunub

Sonrakı məqalə

2021-ci ildə icbari tibbi sığorta bütün ölkə ərazisində tətbiq olunacaq –