Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

“Balıq ehtiyatını bərpası üçün Xəzərə 35 milyon körpə balıq buraxılmalıdır” –

User 21 Dekabr 2025 - 13:15 (Last updated: 21 Dekabr 2025 - 12:18)
balıq

“Balıqçılıq və Akvakultura Mərkəzinin fəaliyyətində əsas istiqamətlər balıq ovunun daha dayanıqlı, nəzarətli və elmi əsaslarla həyata keçirilməsinin təmin edilməsi, eyni zamanda ölkədə akvakultura sahəsinin inkişaf etdirilməsi, müasir texnologiyaların tətbiqi, istehsal potensialının artırılması və akvakultura təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılmasıdır”.

Bu açıqlamanı jurnalistlərə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” Publik Hüquqi Şəxsin direktoru Ceyhun Əliyev verib.

O bildirib ki, Mərkəzin fəaliyyət göstərdiyi bil il ərzində su bioresurslarının dayanıqlığının təmin edilməsi, ehtiyatların bərpası, qorunması və obyektiv elmi qiymətləndirilməsi istiqamətində mühüm addımlar atılıb:

“Oktyabrda Xəzərdə və daxili sularda balıq ehtiyatlarının qiymətləndirilməsi üçün yerli və xarici mütəxəsssilərin iştirakı ilə Xəzər dənizində və ölkənin daxili su hövzələrində balıq ehtiyatlarının qiymətləndirilməsi aparılıb. Xəzərdə aparılan ekspedisiya zamanı kilkə, siyənək, külmə və ağ qızılbalıq növləri üzrə elmi-tədqiqat işləri həyata keçirilib, daxili su hövzələrində isə çapaq, dabanbalıq, krevetka, külmə, naxa, sazan, sıf, şamayı və xəşəm növlərinin faktiki vəziyyəti qiymətləndirilib. Tədqiqatlar çərçivəsində qeyd olunan balıq növlərinin çəki göstəriciləri, bədən uzunluğu və daxili orqanlarının morfoloji xüsusiyyətləri ətraflı şəkildə öyrənilib. Əlavə olaraq Xəzər dənizində müasir ultrasəs-sonar sistemlərdən istifadə olunaraq, balıq sürülərinin miqrasiya marşrutları, sıxlıqları, növ tərkibləri barədə məlumatlar əldə edilib”.

Mərkəz direktoru bildirib ki, Azərbaycanın balıq ehtiyatlarının bərpası və davamlılığının təmin edilməsi məqsədilə hər il Xəzər dənizinə 11-23 milyon, daxili su hövzələrinə isə təxminən 6-12 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var:

“2025-ci il ərzində ümumi su hövzələrinin bioloji ehtiyatlarının artırılması məqsədilə dövlət və özəl tərəfdaşlığı çərçivəsində Xəzər dənizinə  343 min ədəd nərəcinsli balıq, 255 min ədəd çəkikimilər, 2 milyon 160 min ədəd kütüm və 22 min ədəd Xəzər qızılbalığı buraxılıb. Planlanan tədbirlərin nəticəsi olaraq illik körpə nərəcinsli balıq buraxılışının 1 milyon ədədə kütüm  çatdırılması hədəflənir”. Ceyhun Əliyer proqnoz göstəricilərinə əsasən, gələn il  dənizə 1 milyon ədəd kütüm, 2 milyon ədəd çəkikimilər fəsiləsindən olan balıqların körpələrinin buraxılmasının nəzərdə tutulduğunu bildirib.

Mərkəzin direktoru qeyd edib ki, iyun-dekabr ayları ərzində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxs tərəfindən ekoloji cinayət törədənlərə qarşı həyata keçirilən nəzarət tədbirləri zamanı ümumilikdə ölkə ərazisi üzrə qanunsuz balıq ovu edən şəxslər barəsində 23 inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq inzibati məsuliyyətə cəlb edilib.

Tədbirdə balıqçılıq siyasəti, balıq ehtiyatlarının dəyərləndirilməsi, istehsalın artırılmasına yönəlmiş dəstək mexanizmləri və digər mövzularla bağlı jurnalistlərin sualları cavabvlandırılıb.

AzPost.az

Post navigation

Previous: Şahdağda dincəlmək neçəyə başa gəlir? –
Next: Sabaha olan hava proqnozu

Oxşar xəbərlər

qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
ciraq
  • İqtisadiyyat

“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar

User 07 Noyabr 2026 - 13:17
neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 107 dolları ötüb

User 07 Noyabr 2026 - 10:26

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.