Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Bank Respublika AccessBank-ı aldı –

User 11 Sentyabr 2026 - 15:33 (Last updated: 11 Sentyabr 2026 - 15:33)
bank respublika

Bank Respublika və AccessBank-ın səhmdarları AccessBank-ın səhmlərinin 100 faizinin Bank Respublika tərəfindən alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər.

AccessBank-dan “bildirilib ki, əqdin 2026-cı ilin noyabrınadək tamamlanması planlaşdırılır.

Əqd çərçivəsində AccessBank-ın mövcud səhmdarları Bank Respublikanın nizamnamə kapitalının ümumilikdə 25 faizini təşkil edən yeni buraxılacaq imtiyazlı səhmləri əldə edərək Bank Respublikanın səhmdarlarına çevriləcəklər.

Səhmlərin satın alınması başa çatdıqdan sonra Bank Respublika və AccessBank ilkin mərhələdə ayrı-ayrı banklar kimi fəaliyyətlərini davam etdirəcəklər. Daha sonra onların vahid bankda birləşdirilməsi müvafiq tənzimləyici tələblərə uyğun həyata keçiriləcək.

Aktivləri 4,5 milyard manat olacaq

Planlaşdırılan birləşmənin nəticəsində daha geniş fəaliyyət miqyasına, daha güclü maliyyə imkanlarına və daha möhkəm bazar mövqeyinə malik maliyyə institutunun formalaşacağı bildirilir.

Birləşmiş bankın ümumi aktivlərinin 4,5 milyard manata, kredit portfelinin isə 3,3 milyard manata çatacağı açıqlanıb.

Hər iki bankın oxşar korporativ mədəniyyətə və biznes modellərinə malik olduğu qeyd edilir. Banklar Azərbaycanın regionlarında mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə xüsusi diqqət yetirirlər.

Bank Respublika-nın Müşahidə Şurasının sədri Şakir Rəhimov bildirib ki, sözügedən əqd bankın inkişafında yeni mərhələnin başlanğıcıdır. O, proses boyunca Azərbaycan Mərkəzi Bankının dəstəyini və konstruktiv əməkdaşlığını vurğulayıb.

Rəhimov həmçinin beynəlxalq maliyyə institutlarının uzun illər Bank Respublikanın tərəfdaşları olduğunu və növbəti mərhələdə onların bankın səhmdarlarına çevrilməsinin uzunmüddətli münasibətləri yeni səviyyəyə qaldıracağını bildirib.

AccessBank-ın Müşahidə Şurasının sədri Oleq İvaniyçuk isə qeyd edib ki, bank 2018–2019-cu illərdə uğurlu restrukturizasiya və yenidən kapitallaşdırmadan keçib. Onun sözlərinə görə, həmin prosesdə beynəlxalq institusional kreditorlar bankın yeni səhmdarlarına çevrilib.

İvaniyçuk AccessBank-ın sonrakı illərdə Azərbaycan bank sektorunun və sahibkarlığın maliyyələşdirilməsinə mühüm töhfə verən maliyyə institutuna çevrildiyini bildirib.

Onun sözlərinə görə, hazırkı əqd AccessBank-ın inkişafında növbəti mühüm mərhələdir və iki bankın birləşdirilməsi gələcək artım üçün yeni imkanlar yaradacaq.

Bildirilib ki, satınalma və sonrakı birləşmə prosesinin gedişi barədə ictimaiyyətə, bankların kreditorlarına və digər maraqlı tərəflərə mütəmadi məlumat veriləcək.

AzPost.az

Post navigation

Previous: 250 min manatlıq dələduzluq –
Next: Azərbaycanda eşşəklərin sayı azalıb

Oxşar xəbərlər

et bazari
  • İqtisadiyyat

Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI

User 26 Oktyabr 2026 - 23:26
bvf
  • İqtisadiyyat

Azərbaycan adambaşına ÜDM-ə görə dünyada 90-cı yerdədir

User 26 Oktyabr 2026 - 21:27
neft serq
  • İqtisadiyyat

Neft 100 dolları keçib – ABŞ-İran razılaşması Azərbaycanın gəlirlərinə necə təsir edəcək?

User 26 Oktyabr 2026 - 10:23

xƏBƏR

sarigul
  • Dünya

Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı

User 26 Oktyabr 2026 - 23:53
Türkiyədə Azərbaycanın ölkəyə girişini qadağan etdiyi 31 nəfərdən biri olan “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul...
Read more about Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
İran prezidenti Moskvaya gedib putin pezeskian
  • Dünya

İran prezidenti Moskvaya gedib

User 26 Oktyabr 2026 - 23:50
Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı banan
  • Maraqlı

Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı

User 26 Oktyabr 2026 - 23:38
Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI et bazari
  • İqtisadiyyat

Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI

User 26 Oktyabr 2026 - 23:26
Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir putin
  • Dünya

Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir

User 26 Oktyabr 2026 - 23:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.