Bankda naməlum şəxs müştərini girov götürdü

girov foto

Almaniyanın Rimbax şəhərində naməlum şəxs bankda olan müştərini girov götürüb.

Azpost.info bildirir ki, bu barədə görüntülər yayılıb.

Soyğunçu bıçaqla silahlanıb – videoda onu qadının boğazına tutub saxladığı görünür. Polis və xüsusi təyinatlılar əraziyə gəlib. Həmin şəxsin tələbləri məlum deyil.

Son məlumata görə, hücum edən şəxs saxlanılıb, girov xəsarət almayıb.