“Barselona” yenə xal itirib –İspaniya La Liqası

Aprelin 24-də futbol üzrə İspaniya La Liqasının XXI turundan təxirə salınmış görüşdə “Barselona” klubu “Rayo Valyekano”nu qəbul edib.

“Kamp Nou” stadionunda keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 7-ci dəqiqədə Alvaro Qarsiya vurub.

Qarşılaşmanın baş hakimi İsidro Dias de Mera matça 14 dəqiqə əlavə edib.

Bu məğlubiyyətdən sonra “Barselona” 33 oyuna 63 xalla 2-ci yerdə gedir. “Rayo Valyekano” 40 xalla 11-cidir. Turnir cədvəlinə 78 xalla “Real Madrid” başçılıq edir.

Əvvəlki məqalə

Rusiyanın Vnukovo aeroportu boşdayanma rejiminə keçib

Sonrakı məqalə

ABŞ-ın Ukraynadakı yeni səfiri kim olacaq? –