Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib

yollar bağlanacaq
yollar bağlanacaq

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, sentyabrın 21-dək əsasən bölgələrdə hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış yağacağı, bəzi yerlərdə güclü külək əsəcəyi gözlənilir.

Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edib.

Müraciətdə yollarda diqqətli olmaq, yol hərəkəti qaydalarına ciddi riayət etmək, sürücülərdən yol və meteoroloji şəraiti nəzərə alaraq sürət həddini minimuma endirmək, nəqliyyat vasitələrinin texniki sazlığını nəzarətdə saxlamaq xahiş edilir.

Müraciətdə qeyd olunur ki, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.