Baş epidemioloq Qardabanidəki epidemioloji vəziyyətdən narahatdır

20 İyul 2020 - 15:29

“Qardabani rayonunda epidemioloji durum narahatlıq doğurur”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, sabah bələdiyyənin iki kəndində geniş tibbi müayinə aparılacaq: “Son günlər təsdiqlənən yoluxma hallarının 20-si Qardabaninin payına düşüb. Bu halların 11-i bir kənddə qeydə alınıb”.

Mərkəz rəhbəri COVID-19 aşkarlanan kəndlərdə sərt karantin qaydalarının tətbiq olunacağını istisna etməyib. O, bu məsələnin sabah müzakirə olunacağını deyib.