Baş Gömrük İdarəsinin üç yüksək vəzifəli məmuru həbs olundu

09 Mart 2020 - 14:06

Azərbaycanda qaçaqmalçılıqla bağlı üç yüksək vəzifəli məmur saxlanılıb.

Şimal Ərazi Baş Gömrük İdarəsinin qaçaqmalçılığa qarşı mübarizə idarəsinin rəis müavini Emil Hüseynov və daha iki vəzifəli şəxs həbs olunublar.

Azpost.info bildirir ki, məlumatı unikal.org yayıb.

Hazırda faktla bağlı araşdırma aparılır.