Baş nazir Əli Əsədov Nobel mükafatı laureatı Məhəmməd Yunus ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 16-da Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə XI Qlobal Bakı Forumunun önəmi vurğulanıb, çoxlu sayda ölkədən dövlət və hökumət başçılarının, tanınmış siyasi və ictimai xadimlərin bu tədbirdə iştirakı onun nüfuzunun göstəricisi kimi dəyərləndirilib.

Söhbət zamanı Azərbaycanın müstəqillik dövründə qazandığı nailiyyətlər və dinamik inkişaf yolu barədə məlumat verilib. Ölkəmizdə bütün istiqamətlərdə, xüsusilə iqtisadi sahədə aparılan genişmiqyaslı islahatların müsbət nəticələr verdiyi vurğulanıb.

Görüşdə Nobel sülh mükafatı laureatı Məhəmməd Yunusun dünya miqyasında yoxsulluğa qarşı mübarizədə uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilib.

Əvvəlki məqalə

Maykl Ceksonun oğlu paparasilərin kamerasına tuş gəlib-

Sonrakı məqalə

İsrail Qəzzada atəşkəslə bağlı danışıqları bərpa edəcək