Baş prokuror:“Gəncə hadisələrini törədənlərin cinayətləri tam sübuta yetirilib”

Gəncədə baş vermiş hadisəyə hüquq-mühafizə orqanları və cəmiyyət qiymət verib.

Bunu jurnalistlərə açıqlamasında Baş Prokuror Zakir Qaralov deyib.

Onun sözlərinə görə, Gəncə şəhərinin sabiq icra başçısı Elmar Vəliyevə qarşı törədilən terror aktı, həmin terror aktını dəstəkləyən Gəncə şəhərində kütləvi iğtişaşlar törətmək istəyən dini-radikal qüvvələrdir:

“Biz prokurorluq olaraq hər kəsin istintaqını aparmışıq, hər bir şəxslə bağlı kifayət qədər sübut əldə etmişik. Onların hazırda məhkəmə prosesi yekunlaşdığını görə qeyd edə bilərəm ki, cinayətləri tam sübuta yetirilib. Məhkəmə sözsüz ki, hər bir təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, bundan əvvəlki fəaliyyətini nəzərə alaraq qərar qəbul edir. Qəbul edilmiş humanist qərarlar onların günahsız olması demək deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabah ikinci “Jurnalist binası”nda  “kupça” veriləcək – 

Sonrakı məqalə

Ziya Məmmədovun yazdığı şeirlər üzə çıxdı: