Baş Prokurorluğun iki vəzifəli şəxsinin qulluğuna xitam verilib –FOTO

Baş Prokurorluq Prokurorluğun bir sıra işçilərinin qulluqda olmanın son yaş həddinə çatmalarına görə qulluqkeçmələrinə xitam verilməsi barədə məlumat yayıb.

Baş Prokurorluqdan daxil olan məlumatda bildirilib ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Azərbaycan Respublikası Baş Prokurorluğunun Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini, baş ədliyyə müşaviri Zeynalov Rauf Nurəddin oğlu və Dövlət ittihamının müdafiəsi idarəsində şöbənin böyük prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunu qulluq keçmələrinə xitam verilmələri ilə əlaqədar Baş prokuror Kamran Əliyev noyabrın 28-də Baş Prokurorluğun inzibati binasında qəbul edib.

Əvvəlki məqalə

Naxçıvanın Dövlət Gömrük Komitəsi ləğv edildi –

Sonrakı məqalə

Azərbaycan və Rusiya prezidentləri arasında telefon söhbəti olub