Baş Qərargah rəisi Kərim Vəliyevə general-polkovnik rütbəsi verilib

23 Noyabr 2021 - 17:23

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyevə general-polkovnik ali hərbi rütbəsi verilib.

Prezident İlham Əliyev general-leytenant Kərim Tofiq oğlu Vəliyevə general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.