Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Kiyevin əks-hücum əməliyyatına başlamadığını bəyan edib.
Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Baş Qərargahın nümayəndəsi agentliyə bildirib ki, Kiyevdə belə bir məlumat yoxdur və yalan məlumatı şərh etmirlər: “Bizdə belə bir məlumat yoxdur və biz saxtakarlığa münasibət bildirmirik”.
Bu gün Rusiya Müdafiə Nazirliyi məlumat yaymışdı ki, Ukrayna qoşunları Cənubi Donetsk istiqamətində cəbhənin beş sektorunda hücuma cəhd edib.
Azpost.info
