Basketbolçu Kobi Brayantın 13 yaşlı qızı da atası ilə birgə qəzada həlak olub

27 Yanvar 2020 - 09:24

Məşhur basketbolçu Kobi Brayantın 13 yaşlı qızı Gianna Brayant da bu gün baş verən helikopter qəzasında həyatını itirənlər arasında olub. 

“New York Times”-ın verdiyi xəbərə görə, qəza nəticəsində helikopterdə olan digər üç şəxs – helikopterin pilotu, Giannanın komanda yoldaşı və onun valideyni qəza nəticəsində ölüb.

Qeyd edək ki, Gianna da atası kimi basketbolçu olub. Onların helikopterlə məşqə getdikləri güman edilir.

Məlumat üçün bildirək ki, qəzada həlak olanlarla bağlı müxtəlif rəqəmlər səsləndirilsə də, Los-Anceles Şerifi Aleks Villanuevanın sözlərinə görə, helikopterdə 9 nəfər olub və onalrın hamısı ölüb. (APA)