Başqırdıstanda “Qazprom” un zavoduna PUA zərbəsi endirilib

Başqırdıstanda “Qazprom neftexim Salavat” zavoduna PUA zərbəsi endirilib.

Azpost.info bildirir ki, bu barədə rayon rəhbəri Radi Xabirov Telegram kanalında məlumat verib.

“Bu gün saat 13.00 radələrində pilotsuz təyyarə Salavat şəhərinin sənaye zonasına hücum edib. Bundan sonra “Qazprom Neftexim Salavat” müəssisəsinin qurğularından birinin ərazisində tüstülənmə baş verib”, – deyə o yazıb.

Xəbirovun sözlərinə görə, hadisə yerində fövqəladə hallar xidmətləri və hüquq-mühafizə orqanlarının rəhbərləri işləyir.

Əvvəlki məqalə

Antalyada təyyarə təkərinin partlaması nəticəsində gövdəsi üzərinə enib

Sonrakı məqalə

Putin xüsusi əməliyyatda iştirak edənlərin sayını açıqlayıb