“Bavariya”nın dörd futbolçusu koronavirusa yoluxub

Almaniyanın “Bavariya” klubunun dörd futbolçusu koronavirusa yoluxub.

Bu barədə komandanın mətbuat xidməti bildirib.

Məlumata əsasən, yoluxanlar arasında qapıçı Manuel Noyer, müdafiəçi Omar Riçards, yarımmüdafiəçilər Kinqsli Koman və Korentin Tolisso da var. Həmçinin baş məşqçinin köməkçisi Dino Toppmöllerdə də infeksiya aşkarlanıb.

Qeyd olunub ki, yoluxan şəxslər özlərini yaxşı hiss edir və evdə təcrid olunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabah dumanlı hava davam edəcək

Sonrakı məqalə

Sabiq baş nazir Bleyerin ali cəngavər ordenindən məhrum edilməsi tələb olunur