“Bayden ABŞ silahından Rusiyaya qarşı istifadəyə icazə verdi” –Blinken Praqda bəyanat verdi

ABŞ dövlət katibi Blinken  Ukraynaya Rusiyaya qarşı Amerika silahlarından istifadəsinə icazə verdiklərini təsdiqləyib.

Azpost.info bildirir ki, Blinken bu barədə Praqda mətbuat konfransıda bildirib.

Onun sözlərinə görə, Qərb strategiyaya düzəlişlər etməyə davam edəcək.

Blinken deyib ki, rus qoşunları sərhədin Rusiya tərəfində cəmləşir,  daha sonra Ukraynaya hücum edir. Bununla əlaqədar Kiyev Vaşinqtondan Rusiyaya qarşı Amerika silahlarından istifadə etməyi xahiş edib. “Prezident Bayden Amerika silahlarından istifadəni təsdiqləyib”.

“Son bir neçə həftə ərzində Ukrayna sərhədin Rusiya tərəfində cəmləşən və sonra Ukraynaya hücum edən rus qoşunlarına qarşı müdafiə üçün verdiyimiz silahlardan istifadə etmək üçün icazə istədi. Bu, onların hüququdur. Prezident bu məqsədlə silahlarımızın istifadəsini təsdiqlədi”-deyə dövlət katibi bildirib.

ABŞ dövlət katibi həmçinin əlavə edib ki, NATO-nun növbəti sammitində Ukraynanın Alyansa daxil olması üçün “güclü və işıqlı körpü” üzərində işləyəcəklər:

“NATO Ukraynanın təcavüzü effektiv şəkildə qarşısını ala biləcək gələcək qüvvələrinin yaradılmasına kömək edəcək. Biz Ukraynanın NATO-ya inteqrasiyasını təşviq edəcəyik. 32 ölkə həmçinin ayrı-ayrı ikitərəfli təhlükəsizlik sazişləri üzrə danışıqlar aparır. Artıq 13-ü Ukrayna ilə bağlanıb”.

Azpost.info

Əvvəlki məqalə

Saray qəsəbəsində minik və yük maşınları toqquşub, iki nəfər ölüb

Sonrakı məqalə

Azərbaycan və Türkiyənin generalları görüşüb