ABŞ prezidenti Co Bayden bu gün Avropa liderləri ilə telefon söhbəti aparacaq.
Azpost.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Ağ Evdən bildiriblər ki, ABŞ prezidenti liderlərə Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı son hadisələri müzakirə etmək üçün zəng edəcək.
Söhbətdə Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, İtaliyanın baş naziri Mario Draqi və Britaniyanın baş naziri Boris Consonun iştirakı gözlənilir.
Azpost.info