Bayden həyat yoldaşının 70 illik yubileyini çimərlikdə qeyd edib

04 İyun 2021 - 00:23

ABŞ Prezidenti Co Bayden Delaverə səfəri çərçivəsində həyat yoldaşı, birinci xanım Jill Baydenin 70 illik yubileyini çimərlikdə qeyd edib.

Bu barədə Ağ Evin yaydığı məlumatda bildirilib.

Sonra prezident və birinci xanım çimərliyə bitişik parkda velosiped sürüblər.

Mərasimdə jurnalistlərin də iştirakına icazə verilib. Çimərlik Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Jurnalistlərin “həyat yoldaşınıza nə hədiyyə etdiniz” sualına Bayden cavab verməyib.

Çimərlikdəki şəhər sakinləri cütlüyə yaxınlaşaraq onları təbrik ediblər.