Bayden Hindistanın baş naziri ilə görüşdə onun vəzifəsini unudub

ABŞ prezidenti Co Bayden Hindistanın baş naziri Narendra Modi ilə Vaşinqtonda görüşü zamanı onun vəzifəsini unudub.

Azpost.info bildirir ki, söhbətin stenoqramı Ağ Evin saytında dərc olunub.

Söhbət zamanı Amerika lideri Modini iki dəfə prezident adlandırmaqla səhv edib: “Cənab Prezident, cənab Prezident… Cənab Baş nazir Modi, cənab Baş nazir, gəldiyiniz üçün təşəkkür edirəm və Ağ Evə xoş gəlmisiniz”, – Bayden deyib.

Bundan əvvəl Hindistanın himni səslənən zaman da kurioz olub: Co Bayden öz ölkəsinin himni ilə Hindistanın himnini qarışdırıb. Hindistanın dövlət himni səsləndirilərkən ABŞ prezidenti əlini onun ürəyinin üzərinə qoyub. Bir müddət sonra o, səhvini anlayıb və yavaş-yavaş əlini aşağı salıb.

Hindistanın baş naziri Narendra Modi iyunun 21-də ABŞ-a rəsmi səfərə gəlib. İki ölkə liderlərinin görüşü Vaşinqtonda keçirilib.

ABC News-un məlumatına görə, Modi Vaşinqtona səfəri zamanı səmimi qarşılanıb.

İki ölkənin liderləri marş orkestrləri və fəxri qarovul dəstələrinin iştirakı ilə keçirilən mərasimdə bir-birini hərarətlə salamlayıblar. Baş nazirlə görüşdə hind əsilli şəxs olan vitse-prezident Kamala Harris və həyat yoldaşı Daq Emhoff da iştirak edib.

Bayden və Modi Oval Ofisdə görüşüblər. Qısa mətbuat konfransı keçiriblər.

Hindistanın Baş naziri də cümə axşamı günü axşam Ağ Evdə şam yeməyindən əvvəl Konqresdə çıxış etmək üçün Kapitoli təpəsinə gəlib. O  salona girəndə Baş naziri “Modi! Modi! ” şüarları və alqışlarla qarşılayıblar.

Azpost.info 

Əvvəlki məqalə

Bakıda baş vermiş yanğında binanın 840 kv. metr sahəsi yanıb

Sonrakı məqalə

Türkiyədə dolların məzənnəsi 25TL-ni ötüb