Bayden İsrailə gəlir, Fələstin prezidenti ilə görüşəcək

ABŞ Prezidenti Co Bayden İsrailə səfərindən sonra İordaniyanın paytaxtı Əmmana gedəcək və burada Fələstin, Misir və İordaniya liderləri ilə görüşəcək.

Bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pierre məlumat verib.

Onun yaydığı yazılı bəyanatda bildirilib ki, Bayden Fələstinin radikal HAMAS hərəkatının son hücumlarından sonra İsrailə sarsılmaz dəstək nümayiş etdirmək və növbəti addımlar barədə məsləhətləşmələr aparmaq üçün oktyabrın 18-də İsrailə səfər edəcək.

“Prezident Bayden daha sonra İordaniyanın paytaxtı Əmmana gedəcək və burada Kral II Abdullah, Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbasla görüşəcək”, – sənəddə deyilir.

Əvvəlki məqalə

2 övladı şəhid olan ailənin yeni doğulan əkizləri –

Sonrakı məqalə

Bu gün Vaqif Xaçatryanın növbəti məhkəməsi keçiriləcək