Bayden administrasiyası Meksika ilə sərhəddə (Arizona ştatının Yuma şəhərində) divarın bir hissəsinin tikintisi planını gizli şəkildə təsdiqləyib.
Azpost.info xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Plana qeyri-qanuni miqrantların Meksikadan ABŞ-a daxil olmasına imkan verən divarda dörd əsas pozuntunun təmiri daxildir. İlkin olaraq xərclərin ABŞ Müdafiə Nazirliyi tərəfindən ödəniləcəyi planlaşdırılsa da, sonradan vəsaitin Daxili Təhlükəsizlik Nazirliyin büdcəsindən ayrılmasına qərar verilib.
Tramp 2015-ci ildə prezident seçkiləri kampaniyasının başlanğıcında Meksika ilə sərhəddə divar tikiləcəyini açıqlamışdı. Onun fikrincə, bu divar ABŞ-ı qeyri-qanuni miqrantlardan qorumalı idi. 1,1 min km uzunluğunda hasarın tikintisi ölkə büdcəsinə 21 milyard dollara başa gəlib.
Bayden hakimiyyətə gələndən sonra divarın tikintisini dayandırdı. Bu da Meksikadan ABŞ-a qaçqın axınına səbəb oldu.
Azpost.info
