“2024-cü il prezident seçkilərində namizəd olacağımı elan edirəm”.
Azpost.info xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.
“Mən yenidən ABŞ prezidenti seçilmək üçün namizədliyimi irəli sürürəm. Bizə qoşulun, gəlin, işi tamamlayaq”, – o, “Tviter” hesabında yazıb.
Qeyd edək ki, 2024-cü ildə Baydenin 82 yaşı tamam olacaq.
Azpost.info