Bayden Pribaltikada ABŞ ordusunu yerləşdirmək istəyir –Prezident variantları araşdırır (Nyu-York Tayms)

ABŞ prezidenti Co Bayden Amerika ordusunun, aviasiya və donanmanın Pribaltika ölkələrində və Şərqi Avropada yerləşdirmək imkanlarını nəzərdən keçirir.

Azpost.info bildirir ki, bu barədə bu gün “The New York Times” qəzeti administrasiyadakı mənbələrinə istinadən xəbər yayıb. Nəşrin məlumatına görə, söhbət bir neçə minlik amerikalı hərbçilərdən gedir.

Pentaqonun nümayəndələri ötən şənbə dövlət başçısına ABŞ ordusunun rus sərhədlərinin yaxınlığına hərbi qüvvələrin yerləşdirilməsi variantlarını təqdim ediblər. Bu variantların birində Pentaqon mütəxəssisləri Şərqi Avropa ölkələrinə 5 minə qədər hərbçi göndərməyi təklif edir.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Sarksiyanın Qarabağla bağlı Paşinyanla fikir ayrılığı var idi” –

Sonrakı məqalə

“Real”ın futbolçusu Benzemanın evi qarət olunub