“Sarksiyanın Qarabağla bağlı Paşinyanla fikir ayrılığı var idi” –Rusiyalı şərqşünas-alim

“Ermənistan prezidentinin istefasında məntiq tamamilə aydındır. O, ölkədə heç bir məsələyə müdaxilə edə bilmirdi”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktor müavini Aleksandr Skakov Armen Sarksiyanın istefası qərarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ermənistanda prezidentlik postu dekorativ vəzifədir: “O, əhəmiyyətli fiqur sayılmır. Ölkədə baş verən proseslərə real təsir göstərə bilmir. Baş nazirin kursuna hər hansı təsir edə bilmirdi. Görünür bu əhval ona təsir edib və sonda belə qərara gətirib çıxarıb”.

Skakov deyib ki, prezidentin baş nazir Paşinyanla fikir ayrlığı olub: “Bu fikir ayrılığı Qarabağ məsələsində, digər problemlərdə özünü göstərib. Bu, onu göstərir ki, Ermənistanın siyasi elitasında müəyyən böhran var. Bu böhran bu günə qədər keçilməyib”.

Skakov bu istefanın Rusiyaya təsirini inkar edib: “Rusiya üçün yeni prezidentin kim olacağının fərqi yoxdur”-deyə o vurğulayıb.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şuşa və Ağdama yola düşən sərnişinlər bu yerləri ziyarət edəcək

Sonrakı məqalə

Bayden Pribaltikada ABŞ ordusunu yerləşdirmək istəyir –