Bayden Putini və Si Tsinpini iqlimlə bağlı keçiriləcək zirvə görüşünə dəvət edib

bayden putin si

ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putin və ÇXR-in sədri Si Tsinpini iqlim məsələləri ilə bağlı beynəlxalq sammitdə iştirak etməyə dəvət edib.

Azpost.info bildirir ki, bu barədə “Associated Press” agentliyinə adı açıqlanmayan rəsmi şəxs bildirib.

Planlaşdırılan zirvə görüşünün təfərrüatları hələlik məlum deyil. Bu, Baydenin prezident vəzifəsinə başlamasından sonra keçiriləcək yüksəksəviyyəli ilk danışıqlardır.

Rəsmi Ağ Ev bu məlumata hələ ki bir münasibət bildirməyib.

Bayden isə dünən keçirdiyi mətbuat konfransında bəyan edib ki, o, bu sammitlə bağlı Putin və Si Sizinpinlə müzakirə aparmayıb: “Amma onlar dəvət aldıqlarını bilirlər”.
Zirvə görüşü aprelin 22-23-də onlayn formatda keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir